Həbsdə vəfat etmiş sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində məhkəmə qərarından apellyasiya protestinə baxılıb.
 
RePost.Az-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, prokurorluğun verdiyi protest təmin olunub. Elşən Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilərək, məhkəmə zalında həbs edilib.
 
Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.
 
Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılaraq həbs-qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilib.
 
Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilməyərək, Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb. Prokurorluq həmin qərardan apellyasiya protesti verib.

Baxış sayı: 5366 | Tarix: 22.04.2022
Bizi Telegramda izləyin: @repostaz