Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.
 
RePost.Az oxu.az-a istinadla xəbər verir ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışırmış.
 
Serjant rütbəsini daşıyan Günay uroloq imiş.
 
Qeyd edək ki, ötən gün 1989-cu il təvəllüdlü polis mayoru, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Akif oğlu Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.
 
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Günay Cabbarova daha əvvəl evli olub. Onun birinci həyat yoldaşından iki uşağı var. 

Baxış sayı: 5214 | Tarix: 23.04.2022
Bizi Telegramda izləyin: @repostaz