Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.
 
RePost.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.
 
“Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar”, - o qeyd edib.
 
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

Baxış sayı: 4454 | Tarix: 26.04.2022
Bizi Telegramda izləyin: @repostaz