Laçın rayonunun Səfiyan kəndidə təmir tikinti işlərində çalışan şəxs monaya düşüb.
Bu barədə RePost.Az-a Laçın rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan 1992-ci il təvəllüdlü Pərvin Salahov piyada əleyhinə minaya düşüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.