Qarabağda 22 yaşayış məntəqəsi salınacaq. Bununla bağlı layihələndirmə işlərinə start verilib.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, bərpa üçün bu yaşayış məntəqlərinin seçilməsi təsadüfi deyil.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov İTV-yə bildirib ki, həmin yaşayış məntəqələri elə seçilib ki, işğaldan azad olunan ərazilərdə yenidən qurulan və planlaşdırılan nəqliyyat vasitələrinin əsas xətləri və mühəndis kommunikasiyalarına yaxın olsun: "Hər bir kəndin özünəməxsus tarixi xüsusiyyətləri var. Bunlar mütləq nəzərə alınmalıdır".
 
Ətraflı videomaterialda izləyə bilərsiniz:

Baxış sayı: 4967 | Tarix: 17.05.2022
Bizi Telegramda izləyin: @repostaz