Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
	 
	Bu barədə RePost.Az-a Mərkəzdən bildirilib.
	 
	Qeyd edilib ki, hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
	 
	1. Tbilisi prospekti – şəhər və "20 Yanvar" dairəsi istiqamətində sıxlıq;
	 
	2. Alı Mustafayev küçəsi – "Velotrek"in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda sıxlıq;
	 
	3. Rövşən Cəfərov küçəsi - 3 mkr dairəsindən 20 yanvar dairəsinə qalxan yolda sıxlıq;
	 
	4. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində sıxlıq;
	 
	5. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
	 
	6. Mustafa Kamal Atatürk prospekti - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
	 
	7. Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
	 
	8. Heydər Əliyev prospekti - "Koroğlu" metrostansiyasının yanından şəhər istiqamətində köməkçi yolda sıxlıq;
	 
	9. Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
	 
	10. Abbasqulu ağa Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqamətində sıxlıq;
	 
	11. İstiqlaliyyət küçəsi - Azneft dairəsi istiqamətində sıxlıq;
	 
	12. Koroğlu Rəhimov küçəsi - ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində sıxlıq.