"Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi gələn il anqardan çıxacaq və nümayiş etdiriləcək".
Bunu APA-ya açıqlamasında Türkiyə Müdafiyə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir deyib.
O bildirib ki, Türkiyənin beşinci nəsil qırıcı təyyarələri 2 il sonra havaya qaldırılacaq.
"Bu qırıcıların ilk beş il ərzində mühərrikləri xaricdən alınacaq. 5 il sonra isə Türkiyə qırıcı təyyarə mühərriklərinin istehsalına başlayacaq" - deyə İsmayıl Demir qeyd edib.