Bu gün günorta 12:30 radələrində Əhməd Rəcəbli küçəsində yol nəqliyyat hadisəsi baş verib.

RePost.Az xəbər verir ki, “Kia” markalı maşın sürətlə gələrək yol keçidində dönmək istəyən “Toyota” Prius markalı avtomobili vurub. Zərbənin gücündən “Toyota” yolun kənarında dayanmış “Mercedes”i arxadan vuraraq səkinin üzərinə atıb.

Qəza zamanı xoşbəxtlikdən ölüm olmasa da “Kia” və “Toyota”nın sürücüləri yüngül xəsarətlər alıblar. 


Baxış sayı: 4112 | Tarix: 03.06.2022
Bizi Telegramda izləyin: @repostaz