İyunun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
 
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Baxış sayı: 3466 | Tarix: 10.06.2022
Bizi Telegramda izləyin: @repostaz