Daxili İşlər Nazirliyi sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib.
 
RePost.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları olduğunu bildirib:
 
"Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.
 
Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur", - deyə qurum rəsmisi qeyd edib.

Baxış sayı: 4853 | Tarix: 11.06.2022
Bizi Telegramda izləyin: @repostaz