“Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq.
 
RePost.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
 
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
 
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə məlumatda qeyd olunub.

Baxış sayı: 3257 | Tarix: 13.06.2022
Bizi Telegramda izləyin: @repostaz