Sabahdan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəsəbəsi - “Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
 
RePost.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
 
Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.
 
Qurumdan qeyd edilib ki, bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Baxış sayı: 4701 | Tarix: 13.06.2022
Bizi Telegramda izləyin: @repostaz