Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.
 
Mərkəzdən RePost.Az-a verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
 
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
 
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər əsas və kənar yol sıxlıq
 
3. Binəqədi şossesində - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq
 
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
 
5. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
 
6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq
 
7. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

Baxış sayı: 3390 | Tarix: 14.06.2022
Bizi Telegramda izləyin: @repostaz