Avropa oyunları zamanı Bakıda avtobus qəzası nəticəsində yaralanan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsi Azərbaycanın təklif etdiyi təzminatı qəbul etməyib.   
 
Bu barədə BAKU.WS haqqın.az-a istinadən xəbər verir. Məlumata görə, yerli "Kurier" qazetinə müsahibə verən idmançının ansı Azra Şahinoviç hələ də vəd olunan təzminatı ala bilmədiklərini deyib.  
 
"Onun 12-ci döş fəqərəsi sınıb və artıq bir ildən çoxdur ki, intensiv terapiya kursu keçir. Qəza baş verən kimi  bir neçə milyon avro məbləğində təzminat vəd edilsə də, tezliklə unutdular", - deyə idmançının anası əlavə edib. 
 
Azra Şahinoviçin sözlərinə görə, qəzadan sonra Azərbaycanda onların vəkilinə 1,8 milyon avro təzminat ödəniləcəyi vəd olunub. Bu müddət ərzində isə ailəyə yalnız Avstriya Olimpiya Komitəsindən 600 min avro sığorta haqqı ödənilib. O məbləğin 100 min avrosu Vanessanın müalicəsinə sərf olunub. Digər məbləğə isə torpaq sahəsi alıb və mülk tikintisi üçün kredit götürüblər. 
 
"Mən bilsəydim ki, təzminat ödənilməyəcək məbləğin hamısını qızımın müalicəsinə sərf edərdim", - deyə Azra Şahinoviç əlavə edib.
 
Qəzet hadisə ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla əlaqə saxlayıb. Səfirin sözlərinə görə, idmançının ailəsinə 1 milyon avro təzminat təklif olunub. Lakin onlar bu məbləğin azllığını bəhanə edərək qəbul etməyiblər. Səfir əlavə edib ki, zərərçəkənə təzminatın ödənilməsi ilə bağlı danışıqlar hələ də davam edir.
 
"Qeyd edək ki, qəzadan sonra Azərbaycan hakimiyyəti avstriyalı idmançının bütün müalicə xərclərini öz üzərinə götürüb. Prezident İlham Əliyev Venessanın Vyanaya çatdırılması üçün öz şəxsi təyyarəsini ayırıb. Venessanın ailəsi isə reablitasiya xərcləri üçün təzminat tələb edir. İdmançının vəkili qəzanı törədən sürücünün çalışdığı nəqliyyat şirkətini məhkəməyə verib", - məqalədə qeyd edilib.
 
RePost.Az

Baxış sayı: 4454 | Tarix: 08.03.2017
Bizi Telegramda izləyin: @repostaz