"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda “Sürix” (İsveçrə) ilə görüşəcək.
Azərbaycan çempionu II təsnifat mərhələsində ilk matçını evdə keçirməlidir.
Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.