Yol polisi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümünə səbəb olan qəzanın görnütüəri yayıb. 
 
RePost.Az xəbər verir ki, görüntülərdə qəzanın baş vermə anı anbaan kameraya düşüb. Videodan məlum olur ki, qəzaya uğrayan Ford markalı mikroavtobus öz zolağı ilə hərəkət edir. Sürücü idarə etdiyi mikroavtobusun hərəkət etdiyi zolaqda dayanmış yük maşınınından xilas olmaq üçün manevr etməyə çalışsa da, qəzadan xilas ola bilmir. 
 
Qeyd edək ki, bu gün səhər saatlarında 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.Nəticədə 5 nəfər ölüb, 19 nəfər yaralanıb. Faktla əlaqədar araşdırma aparılır. Hər iki maşının sürücüsü saxlanılıb.
 
RePost.Az
 

Baxış sayı: 4587 | Tarix: 09.03.2017
Bizi Telegramda izləyin: @repostaz