Digər Xəbərlər
"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə anlaşıb.
"Ne45.com.br" saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən "köhlən atlar"a qoşulacaq.
Ağdam klubunun "sambaçı" üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, Raldney indiyədək yalnız Braziliya klublarında çıxış edib (Report).