“ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb”.

RePost.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında bildirib.

“Minsk qrupunu müzakirə etmədik, çünki, bu, fransa və amerikalı üzvlərinin təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Lakin postmünaqişə həll prosesini müzakirə etdik. Bunun üçün baza Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığı itirdi”, - Rusiya XİN rəhbəri deyib.

Lavrovun Minsk qrupu ilə bağlı açıqlaması qurumu dirçəltmək arzusunda olan Ermənistan üçün "soyuq duş" effekti sayıla bilər.  


Baxış sayı: 2934 | Tarix: 24.06.2022
Bizi Telegramda izləyin: @repostaz