İyunun 28-i saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm, Daşkəsəndə 2.0 mm, Gəncədə 0.0 mm olub. Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Binədə 18 m/s, Pirallahı, Sumqayıtda 17 m/s, Çilov adasında 15 m/s-dək güclənib.
 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.
 
İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində stansiyaya leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.
 
İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.

Baxış sayı: 4910 | Tarix: 28.06.2022
Bizi Telegramda izləyin: @repostaz