Aparıcı Zaur Kamalın iranlı müğənnini verilişindən qovması ölkədə rezonans doğurub. Bəzi həmkarları Kamalın bu addımına etiraz edib.
BAKU.WS xəbər verir ki, prodüser və aparıcı Tarix Əliyev (Tolik) bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Zaur Kamalın bu hərəkətini "Tərbiyəsizlik" adlandırıb:
"Mən burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər.
Mən Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada özünə tamaşaçı kütləsi yığan və özü dediyi kimi, İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir!
Sabah İranda yaşayan erməni deyəcək ki, "Bəs deyirdiniz öz vətənimizdir?! Vətəninizdə sənətçinizi efirdən qovurlar".
Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa! Bir də çox yaxşı dedin, "Kişi arasında olan söz elə kişi arasında qalar".