Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 
 
RePost.Az Lent.az-a istinadla xəbər verir ki, dünən Nəsimi rayonu ərazisindəki evdən 23 yaşlı Kanalina Tatyana Sergeyevnanın meyiti tapılıb. İlkin araşdırma nəticəsində onun dəm qazından boğulduğu məlum olub.
 
Bildirilir ki, T.Kanalina 2014-cü ildə Bakıda keçirilən “Miss Eurivision” gözəllik müsabiqəsində iştirak edib və yarımfinal mərhələsinədək irəliləyib. O, həm də atletika idmanı ilə peşəkar səviyyədə məşğul olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, bədbəxt hadisə mart beynəlxalq qadınlar günü baş verib.

Baxış sayı: 4321 | Tarix: 09.03.2017
Bizi Telegramda izləyin: @repostaz