“İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur”.
 
Bunu nazir Mikayıl Cabbarov bildirib.
 
“Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, - deyə o qeyd edib.

Baxış sayı: 5195 | Tarix: 05.07.2022
Bizi Telegramda izləyin: @repostaz