"Bu gün məcburi köçkün və qaçqınları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir".
 
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva onun sədrliyi ilə martın 9-da keçirilən, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bildirib.
 
"Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar", - deyə Mehriban Əliyeva əlavə edib.
 
RePost.Az

Baxış sayı: 4454 | Tarix: 09.03.2017
Bizi Telegramda izləyin: @repostaz