Bakının Yasamal rayonunda intihar qeydə alınıb.
Hadisə Yasamalda yerləşən binalardan birində baş verib.
Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları - 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2020-ci il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə, binanın beşinci mərtəbəsindən özünü atıb.
Hadisə nəticəsində 2 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.