Bakıda dövlət qurumlarından birinə məxsus xidməti avtomobil “avtoşluq” edib.
RePost.Az-ın məlumatına görə, noyabr ayının 30-da, səhər saatlarında 10 PA 567 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə hərəkətdə olarkən Yol Hərəkəti Haqqında qanunun tələblərini pozub. Sürət həddini, aşıb, digər avtomobilləri qarşı zolağa sıxmaqla qəza şəraiti yaradıb və sair. Qaydanı pozan sürücü həm də lüzumsuz yerə yüksək səsli siqnaldan istifadə edərək digər sürücülərin diqqətini yayındırıb. Onun bu hərəkətinə etiraz edəndə isə xidməti avtomobilin sürücüsü kobud tərzdə heç kimdən qorxmadığını bildirib. “Kimə şikayət edirsənsə et”, – deyərək yüksək sürətlə uzaqlaşıb.
RePost.Az həmin vaxt çəkilmiş videogörüntüləri təqdim edir:
Qeyd edək ki, dekabrın 2-də RePost.Az-a yerləşdirilmiş bu videoya görə sayta hücum olaraq müəyyən problemlər yaradıldığından xəbər silərək yenidən yerləşdirmək məcburiyyətində qaldıq.