Xəzər TV-nin "Diqqətli ol" verilişi daha bir sosial çarx hazırlayıb.
RePost.Az xəbər verir ki, balaca qız uşağına insanların reaksiyasını yoxlamaq üçün paytaxt sakinlərinə itmiş uşağın şəkili paylanılır.
Bir neçə addımlıqda tək oturan qızcığaza kiminsə diqqət edəcəyi ümidi ilə sosial çarxa start verilib. Ancaq təəssüf olsun ki, sosial çarx zamanı demək olar ki, heç kim itmiş uşağı tapmaq üçün reaksiya göstərmir.
Yalnız bir nəfər şəxs itən uşağın skamyada tək oturduğunu görür və bu barədə onu axtaran oğlana xəbər verir.