Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.
 
Ölkədə son sutka ərzində 3 484, hazırkı dövrədək isə 7 015 080 test aparılıb.

Baxış sayı: 6487 | Tarix: 21.07.2022
Bizi Telegramda izləyin: @repostaz