Azərbaycanın daha bir klubu avrokuboklarda mübarizəyə başlayıb.
 
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasında çıxış edən “Zirə” II təsnifat mərhələsinin ilk oyununa çıxıb.
 
Rəşad Sadıqovun baş məşqçi kimi avrokuboklardakı debütü Təl-Əviv “Makkabi”si ilə matça təsadüf edib. Bakıdakı görüş Premyer Liqanın bürünc mükafatçısı üçün uğursuz alınıb.
 
İsrail təmsilçisi artıq ilk yarıda iki dəfə fərqlənib. Qavriel Kaniçovski və Corce Yovanoviç birinci hissədə Mehdi Cənnətovun qapısına yol tapıb.
 
“Zirə” oyunda dönüş yaratmağa çalışsa da, komandanın səyləri bəhrəsiz qalıb. Qonaqlar isə fasilədən sonra da daha effektli hücumlar təşkil edib.
 
Bunun nəticəsində Təl-Əviv klubu hesabdakı fərqi də artırıb. Corce Yovanoviç özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. Zirəlilər ən azı təsəlli qolu vurmaq üçün irəli atılsa da, öz qapıları önündə daha çox yaddaqalan təhlükəli epizod yaranıb. Beləliklə, qəsəbə klubu “Dalğa Arena”dakı ilk dueldən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
 
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də baş tutacaq.
 
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. “Zirə” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail) - 0:3
Qollar: Qavriel Kaniçovski, 18, Corce Yovanoviç, 22, 54
Baş hakim: Rob Hennessi (İrlandiya)
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 26. Nemanya Andelkoviç, 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 4. Cəlal Hüseynov, 7. Filipe Pahtmann, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 18. Slavik Alxasov, 47. Mohamed Hamdaoui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov
Baş məşqçi: Rəşad Sadıqov
“Makkabi”: 1. Daniel Peretz, 27. Ofir Davidzada, 4. Enrix Saborit, 21. Şeran Yeini (k), 28. Andre Geraldes, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 23. Eyal Qolasa, 17. Brendli Kuvas, 18. Qiaqon Parfait, 99. Corce Yovanoviç
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 33. Or Yitzak, 9. Stip Perika, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 30. Maor Kandil, 24. Nadav Aviv Niddam, 77. Matan Hozez, 32. Dor Turjeman, 35. Roy Revivo, 37. Oskar Qulok
Baş məşqçi: Vladimir İviç
Bakı, “Dalğa Arena”

Baxış sayı: 2459 | Tarix: 22.07.2022
Bizi Telegramda izləyin: @repostaz