Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Hava Limanında keçirdiyi əməliyyatda Dövlət Gömrük Xidmətinin zabiti həbs edilib.
RePost.Az gununsesi.info-ya istinadən xəbər verir ki, əməliyyat 2 gün əvvəl baş tutub. 2 kiloqram qızılı belinə bağlayan gömrük zabiti elə hava limanındaca qandallanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Məlumatda həbs edilən gömrükçünün Milli Məclis üzvlərindən birinin yaxın qohumu olduğu da qeyd olunur.
Xəbərlə bağlı Dövlət Təhülkəsizlik Xidmətinin və Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışsaq da hər iki qurumun mətbuat xidmətləri ilə danışmaq cəhdimiz baş tutmadı.
Gün ərzində adıçəkilən qurumların mövqeyini öyrənməyə çalışacağıq.
RePost.Az