Türk Dövlətləri Təşkilatı Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.
Bu barədə Türk Dövlətləri Təşkilatının rəsmi “Twitter” səhifəsində dərc edilən məlumatda qeyd olunur.
“Radikal dini qruplar tərəfindən Türk Dövlətləri Təşkilatının qurucu üzvü Azərbaycanın Londondakı səfirliyinə qarşı zorakı və qəbuledilməz hücumu pisləyirik. Biz bu vandalizm aktını hərtərəfli araşdırmağa çağırırıq”, - məlumatda bildirilib.