Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.
Məlumata görə, E. İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul topladığı üçün vəzifəsindən azad edilib.
Bildirilir ki, o, şirkətlərdən 100–200 min manat məbləğində pul yığıb.