Abşeronda sakinlər su problemindən əziyyət çəkirlər.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsində yaşayan sakinlər iddia edirlər ki, təxminən 15 günə yaxındır, su normal qaydada verilmir.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən "oxu.az"ın sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsi və ona yaxın ərazilərə normal qaydada su verilir.
Məlumatda o da qeyd edilib ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları əraziyə bir daha baxış keçiriblər və problem olmadığı aşkarlanıb. Bildirilib ki, bu müddətdə “Azərsu” ASC-nin “955 Zəng Mərkəzi”nə həmin ərazidən suyun verilməməsi ilə bağlı müraciətlər araşdırılıb, kütləvi şikayət qeydə alınmayıb.