"Qarabağ dastanlara düşəcək əzmkar mübarizə nəticəsində işğaldan azad edildi”.
 
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
 
Həmçinin o, bildirib ki, 30 ilə yaxındır davam edən işğal, qırğın və soyqırım siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir ciddi addım atmayıb:
 
"Azərbaycanlı qardaşlarımız həm işğalın, həm də itkilərin acısı ilə yaşamağa məcbur olublar. Bu ədalətsizliyə son qoyan Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük mübarizəsindən sonra Qarabağ öz azadlığını bərpa etdi və 30 illik işğala son qoyuldu. Biz bu tarixi fürsətin boşa getməməsi üçün çox çalışırıq. Biz Azərbaycanla bir çox addımlar atdıq, erməni radikal quldur dəstələrinin təxribatlarına baxmayaraq, sülh yolunda xeyli məsafə qət etdik. Baş nazir Paşinyan Qurban bayramında mənə zəng edəndə onunla konstruktiv görüş keçirdim. İnanıram ki, Ermənistan Türkiyə və Azərbaycanın səmimi çağırışlarına cavab verdikdən sonra bölgəmiz qısa müddətdə sabitləşəcək".

Baxış sayı: 6981 | Tarix: 08.08.2022
Bizi Telegramda izləyin: @repostaz