"Payız fəslində havaların soyuması nəticəsində yoluxma sayında artım ola bilər. Yoluxanların sayı həddən çox artarsa, xəstəxanalara yerləşdirilənlərin də sayı çoxala bilər. Bu baş verərsə, bizim səhiyyə sistemimiz yüklənəcək".
 
Bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov ATV-yə açıqlamasında bildirib.
 
O istisna etməyib ki, ölkədə müəyyən karantin tədbirləri həyata keçirilə bilər.

Baxış sayı: 5689 | Tarix: 09.08.2022
Bizi Telegramda izləyin: @repostaz