Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
 
Bu təkliflə "Report"a açıqlamasında "Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli çıxış edib.
 
O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:
 
"Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".

Baxış sayı: 7798 | Tarix: 09.08.2022
Bizi Telegramda izləyin: @repostaz