Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
 
Azərbaycanda indiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 192 nəfərdir.
 
Ölkədə son sutka ərzində 4 076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.

Baxış sayı: 6620 | Tarix: 11.08.2022
Bizi Telegramda izləyin: @repostaz