Hind əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda bıçaqlı hücuma məruz qalıb.  
 
RePost.Az xəbər verir ki, şübhəli şəxs səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə alan müxbirə hücum edib. Şübhəli yazıçıya 10-15 bıçaq zərbəsi endirib.  
 
“Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb. Onun vəziyyəti haqda hələlik məlumat verilməyib”, - ştat polisi bildirib. 
 
Müxbirin yüngül kəllə-beyin travması aldığı bildirilir. 
 
Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O, danışa bilmir. Onun qaraciyəri zədələnib. Rüşdi gözünü itirə bilər. 
 
Hüquq-mühafizə orqanları yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər.  O, Nyu-Cersi ştatının sakini 24 yaşlı Hadi Matardır. 
 
Xatırladaq ki, Qurandan bəhs edən "Şeytanın ayələri" kitabına görə 1989-cu ildə İranın dini lideri Xomeyni onun ölmünə fətva vermişdi. Bu terror aksiyasında da İranın ali dini rəhbərlərinin barmağı olduğu ehtimal edilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by RePost.Az (@repost.az)


Baxış sayı: 4245 | Tarix: 13.08.2022
Bizi Telegramda izləyin: @repostaz