Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli, Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq.
 
Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50% olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

Baxış sayı: 4169 | Tarix: 13.08.2022
Bizi Telegramda izləyin: @repostaz