"Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb".
 
Bunu DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.
 
O əlavə edib ki, əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.
 
Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.

Baxış sayı: 7095 | Tarix: 15.08.2022
Bizi Telegramda izləyin: @repostaz