"Əgər yoluxanların sayı ciddi artımla davam edərsə, tədbilərin görülməsi mütləq olacaq. Çünki burada məsələ insanların sağlamlığından gedir".
Bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim Aytən Ziyadova bildirib.
Həkim əlavə edib ki, sentyabr və oktyabr aylarında məktəblər başlayacaq və qapalı ortamlarda insanların sayı çoxalacaq: "Yəqin ki, ən azı qapalı ortamlarda insanların maskdan istifadəsi nəzərdə tutulmalıdır. Əks halda qapalı məkanlarda yoluxma sayı birbaşa artımla müşahidə ediləcək".
Ətraflı videomaterialda izləyə bilərsiniz: