Sosial şəbəkədə Azərbaycanda dövlət yol polisi əməkdaşlarının daha bir qalmaqallı vidosu yayılıb.

RePost.Az xəbər verir ki, videoda yol polisinin avtomobilin şüşəsini sındırmağa çalışdığı görünür. Hadisənin Şirvan şəhərində baş verdiyi bildirilir. Polis sürücünü avtomobildən endirməyə çalışır. Lakin sürücü ağlayaraq polisin onun avtomobilinin şüşəsini sındırmağa çalışdığını və bundan qorxduğunu deyir. Digər polislə danışıqlaran aydın olur ki, hadisə yerinə əlavə polis qüvvəsi çağırılıb və sürücü də onların gəlməsini gözləyir.

RePost.Az həmin kadrları təqdim edir:

 


Baxış sayı: 4321 | Tarix: 11.03.2017
Bizi Telegramda izləyin: @repostaz