İsmayıllı rayonunun Qalacıq kəndində şort geyinib istirahətə gedənlərlə kənd sakinləri arasında mübahisə yaşanıb.
 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Artıq Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirilib.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:
 
“Ancaq yayılan videogörüntülərdə sözlü mübahisə edən yerli sakinlərlə profilaktik söhbət aparılıb”.
 
Həmin görüntüləri təqdim edirik:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by RePost.Az (@repost.az)


Baxış sayı: 8482 | Tarix: 22.08.2022
Bizi Telegramda izləyin: @repostaz