Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) xoşagəlməz anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilir ki, xəstəxanaya müraciət edən şəxslər əvvəlcə növbə üstündə mübahisə ediblər. Daha sonra əsəbləri tarıma çəkilən tərəflərin davasına ətrafdakılar müdaxilə edib.
Məsələyə münasibət öyrənmək üçün Kliniki Tibbi Mərkəzə müraciət etdik. Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu BAKU.WS-ə bildirdi ki, hadisə 1 saylı Şəhər Klinik Xəstəxanasının poliklinika şöbəsində baş verib:
"Təəssüflər olsun ki, bu cür hadisələr yaşanır. İnsanlar icbari tibbi sığortadan yararlanmaq üçün xəstəxanaya müraciət edən zaman növbə prinsipi yaranır. Kadrlardan göründüyü kimi tərəflərin mübahisəsi növbə üstündə yaranıb. Əfsuslar olsun ki, bəzi vətəndaşlar növbə prinsipinə əməl etmir. Bunun nəticəsində belə əməllər yaranır".