İşğaldan azad olunmuş ərazilərdə fototələlər quraşdırılıb.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, zaman-zaman bu ərazilərdə monitoriqlər aparılır:
"Yaxın günlərdə əldə olunan şəkillər və nəticələr ictimaiyyətə təqdim ediləcək".
Qeyd edək ki, fototələlər qarşısından 15 metrədək qarşısından keçən bütün heyvanları çəkir. Bu üsulla ilk növbədə heyvanların ərazidə olub-olmamasını təsdiqlənir. Həmin heyvanların cinsi, yaşı, gəzmə arealı, miqrasiyası müəyyənləşdirir. Fototələlər heyvanların keçdiyi cığırlar üzərində yerləşdirilir.