İlham Məmmədzadə “Yeni Klinika”da İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinə müdir təyin edilib.  

O, bu barədə sosial media hesabında məlumat paylaşıb. 
 
"Bu gündən etibarən müasirliyi və genişliyi ilə Qafqazın ən böyük tibb müəssisəsi olan “Yeni Klinika”da İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri olaraq əmək fəaliyyətimi davam etdirəcəm.  
 
Göstərdiyi etimada görə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) və "Yeni Klinika” Publik Hüquqi Şəxs rəhbərliyinə öz təşəkkürümü bildirirəm. 
 
Bu etimad və güvən üzərimə böyük məsuliyyət qoyur. Dövlətimizə və xalqımıza xeyirli, uğurlu olsun!", Məmmədzadə qeyd edib.

Baxış sayı: 3599 | Tarix: 24.08.2022
Bizi Telegramda izləyin: @repostaz