Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində narkotik alverçiləri və psixotrop maddələrdən istifadə edənlərin sayı yerli sakinləri təngə gətirib. Belə ki, bir qrup şəxs Nail Kəmərlinin "Youtube" kanalına müraciət edərək acınacaqlı vəziyyəti lentə almasını xahiş edib.
 
BAKU.WS xəbər verir ki, Biləcəri qəsəbəsində çəkiliş zamanı yerli sakinlərdən biri övladının narkotik aludəçisi olmasını bildirib və buna görə narkotik alverçilərini günahkar sayıb.
 
Aytən adlı yerli sakin qeyd edib ki, narkotik alverçilərindən oğluna narkotik verməməsi üçün xahiş etsə də, nəticəsiz olub. O həmçinin deyib ki, qəsəbədə sürətlə narkomanlaşma prosesi gedir.
 
Ətraflı video materialda izləyə bilərsiniz:


Baxış sayı: 5005 | Tarix: 29.08.2022
Bizi Telegramda izləyin: @repostaz