Rusiyada "qanuni oğru", "Alik Rıjiy" kimi tanınan Əli Heydərovu qətlə yetirməkdə şübhəli bilinən Rövşən Abasov və Namik Səlifov saxlanılıb.
Bu barədə məlumatı REN TV yayıb.
Qeyd edək ki, Namik Səlifov qətlə yetirilən "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qardaşıdır.
Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvadakı fitnes klubunun ərazisində güllələnib. Həmin gün polis 32 yaşlı Azərbaycan vətəndaşı olduğu üzə çıxan şəxsi yaxalayıb.