Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 19-24°, gündüz 33-37°, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 18-22°, gündüz 35-39°, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Baxış sayı: 4207 | Tarix: 30.08.2022
Bizi Telegramda izləyin: @repostaz