Avqustun 30-u saat 09 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Bu barədə Yasamal rayon prokurorluğundan bildirilib.
 
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
İş üzrə istintaq davam edir.

Şahidlərdən biri Kərimə Əsgərova 24 yaşlı qadının bıçaqlanması ilə bağlı bunları ATV-yə deyib: "Çöldən qışqırıq səsləri gəldi. Maşının qapısı açıq vəziyyətdə idi. Ola bilsin ki, qadını yerə yıxmışdı. Sonra onu döyərək saçını yolurdu. Ətrafdakılar, özüm də ona kömək etməyə çalışdıq. O zaman bıçağı ətrafdakılara göstərdi ki, heç kim yaxınlaşmasın. Boğazı, üzü və əlinin kəsilməsini gördüm".
 
Digər şahid isə bildirdi ki, bıçaqlanan qadın hospitalda işləyib: "Oğlan səhər işdən çıxarkən onun qabağını kəsmişdi. Aralarında söz-söhbət yaranmışdı. Sonra camaatın gözü qabağında onu vurub".


Baxış sayı: 5195 | Tarix: 31.08.2022
Bizi Telegramda izləyin: @repostaz