Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Baxış sayı: 8140 | Tarix: 09.09.2022
Bizi Telegramda izləyin: @repostaz